...Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya fevralın 17-də Təhlükəsizlik Şurasının iclası zamanı bildirib ki, Ukrayna Rusiyanın işğal etdiyi əraziləri, o cümlədən Krımı, həmçinin Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin bir hissəsini “qayıtılmaz şəkildə itirib”.
SİA-nın məlumatına görə, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.Nebenzya həmçinin vurğulayıb ki, Ukrayna sülh danışıqları çərçivəsində öz sərhədlərinə yenidən baxmağa razılıq verməli və hazırda Kiyevin nəzarətində olan Donetsk, Zaporojya, eləcə də Xerson vilayətlərində əlavə əraziləri Rusiyaya təhvil verməlidir.
Bundan əlavə, o, bəyan edib ki, gələcək Ukrayna hərbi ittifaqlara və təhlükəsizlik bloklarına qoşulmayan neytral dövlətə çevrilməlidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmin gün çıxış edərək, Rusiya tərəfindən hər hansı ərazi güzəştlərinin mümkünlüyünü rədd edib. Onun bəyanatı 2024-cü ilin iyununda Ukrayna qoşunlarının çıxarılmasında və dörd bölgədəki bütün ərazilərin Rusiyaya verilməsində təkid edən Rusiya lideri Vladimir Putinin əvvəllər səsləndirdiyi tələblərlə səsləşir.
Beləliklə, 17 fevral üçün Müharibənin Öyrənilməsi İnstitutununƏsas Tapıntıları:
1. Kreml Ukraynanın şərqində və cənubunda Rusiyaya əlavə ərazilərin verilməsində, eləcə də Ukrayna silahlı qüvvələrinin buraxılmasında israr etməkdə davam edir. Rusiya gələcək sülh danışıqlarında ərazi güzəştlərinin mümkünlüyünü qəti şəkildə rədd edir.
2. Lavrov və Nebenzya Avropanı Rusiyaya qarşı təcavüzkar siyasətdə ittiham edərək, Avropa ölkələrinin sülh danışıqlarında iştirakını istisna ediblər.
3. Rusiya çox güman ki, Putinin əvvəlki tələblərinə və Qərbin gözündə Ukraynanı və onun hökumətini qeyri-qanuniləşdirməyə yönəlmiş informasiya əməliyyatlarına qayıdır. Bu, Rusiya və ABŞ arasında fevralın 18-də Səudiyyə Ərəbistanında keçiriləcək ikitərəfli görüş ərəfəsinə təsadüf edir.
4. Ər-Riyadda danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin tərkibinə daha əvvəl ehtimal olunan danışıqlarçı kimi tanınan Putinin ən yaxın adamlarından biri daxil edilməyib.
5. Ukrayna əsgərləri Rusiya ordusunu təchiz edən Rusiya enerji obyektlərinə pilotsuz təyyarələrdən zərbələr endirməkdə davam edir.
6. Rusiya komandanlığı cəbhə xəttində ukraynalı hərbi əsirləri edam etmək əmri verir ki, bu da beynəlxalq hüququn pozulmasıdır.
7. Bloomberg mənbələrinə görə, Rusiya Suriyada “azaldılmış” hərbi mövcudluğunu saxlamaq üçün Suriyanın müvəqqəti hökuməti ilə razılaşmaya yaxındır.
8. Rus qoşunları Toretsk, Pokrovsk, Kuraxovo və Velikaya Novosyolka ərazilərində irəlilədilər.
9. Rusiyanın işğalçı hakimiyyət orqanları işğal olunmuş ərazilərin mülki əhalisini Rusiya ordusunda xidmətə cəlb etməklə Cenevrə Konvensiyasını pozmaqda davam edir. …Rusiyanın bu bəyanatları və hərəkətləri beynəlxalq qınaqlara baxmayaraq, onun işğal olunmuş ərazilərə nəzarəti gücləndirmək və Ukraynaya təzyiqlərini davam etdirmək niyyətini vurğulayır.
Əli Babayev