AZ

ABŞ-Rusiya danışıqları 4,5 saat davam edib

ABŞ-Rusiya

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Diriye sarayında bir araya gələn Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Reyting.az
bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 4,5 saat davam edən görüşlə bağlı ilk açıqlama verib.

O, ABŞ-nın Ukrayna məsələsinə ciddi yanaşdığını deyib:

"Biz gördük ki, ABŞ ikitərəfli münasibətlərdə və beynəlxalq gündəmdə yığılan bir çox problemləri, xüsusən də Ukrayna məsələsini müzakirə etməkdə ciddidir".

Rusiyanın vitse-prezidenti Yuri Uşakov isə Putin-Tramp görüşünün dəqiq tarixinin bəlli olmadığını qeyd edib:

"Putin və Trampın görüşünün yaxın həftələrdə baş tutması ehtimalı görünmür. Dəqiq tarix barədə danışmaq çətin məsələdir".

ELÇİN
Seçilən
21
reyting.az

1Mənbələr