"Feyenoord" bizdən yaxşı deyildi. Sadəcə, biz öz-özümüzü öldürdük".

Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqası pley-off mərhələsində "Feyenoord"la oyundan sonra "Milan"ın sabiq ulduzu, hazırda klubda məsləhətçi funksiyasını yerinə yetirən Zlatan İbrahimoviç deyib.

O, "San Siro"da məğlubiyyətə bərabər heç-heçənin qeydə alınmasında hakimləri günahlandırıb. Teo Hernandesin 51-ci dəqiqədə haqsız yerə qırmızı vərəqə aldığını söyləyən İbrahimoviç ədalət təmsilçisinin səhv etdyini vurğulayıb: "Biz çox məyus olduq. Hakim Teo ilə sərt davrandı. İkinci sarı vərəqə düzgün qərar deyildi. Həmin epizodda simulyasiya yox idi. Teo aktyor deyil. O, hər oyunda əlindən gələn ən yaxşısını etməyə çalışır".

Xatırladaq ki, "Milan" doğma azarkeşlər önündə "Feyenoord"un müqavimətini qıra bilməyib (1:1). İlk oyunda səfərdə minimal hesabla uduzan italyanlar Çempionlar Liqası ilə vidalaşıblar.