AZ

Bryansk vilayəti üzərində bir saat ərzində 20 Ukrayna pilotsuz təyyarəsi vurulub

Bryansk vilayəti üzərində 60 dəqiqə ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 20 pilotsuz uçuş aparatı vurulub...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Dronlar Moskva vaxtı ilə saat 21:30-dan 22:30-a qədər vurulub. Bundan əlavə, bu saat ərzində Krım üzərində bir PUA vurulub, departament qeyd edib.

Dronları məhv etmək üçün növbətçi hava hücumundan müdafiə sistemlərindən istifadə edilib.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz özünün Telegram kanalında tələfat və dağıntıların olmadığını açıqlayıb. O əlavə edib ki, hazırda fövqəladə hallar və əməliyyat xidmətlərinin işi təşkil olunub.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr