Vaşinqton, 19 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə fevral ayında görüşəcəyini istisna etməyib. AZƏRTAC-ın məlumatına görə, Floridada iqamətgahında jurnalistlərin görüşün bu ay keçirilə biləcəyinə dair sualına cavabında bunun mümkün olduğunu deyib.
O həmçinin işinin vacib hissələrindən birinin yenidən prezident seçilənə qədər dünyada baş vermiş münaqişələri həll etmək olduğunu bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton