AZ

"Ukraynada lider haradadır? Demək istəmirəm, amma ona etimad reytinqi 4%-ə enib" - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəni həll etmək üçün danışıqlar masası arxasında oturmaq istəyirsə, seçkilərə ehtiyacı var.

 

Ağ Ev rəhbəri bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.

 

“Biz elə bir vəziyyətlə üzləşmişik ki, Ukraynada seçkilər olmayıb, Ukraynada hərbi vəziyyət hökm sürür. Ukraynada lider haradadır? Demək istəmirəm, amma ona etimad reytinqi 4%-ə enib. Ölkə parça-parça olub, əksər şəhərlər dağıdılıb. Binalar dağıdılıb. Bu, böyük bir söküntü sahəsinə bənzəyir”, - Tramp vurğulayıb.

 

APA

Tarix: 19 Fevral 2025, 06:59   
Seçilən
49
8
pravda.az

9Mənbələr