Fevralın 18-də Ukraynada müharibə başlayandan bəri Ər-Riyadda Rusiya və ABŞ arasında ilk danışıqlar baş tutub...
Elə həmin axşam ABŞ prezidenti Donald Tramp Mar-a-Laqodakı malikanəsində danışıqların nəticələri şərh edib.
Poliqon Ər-Riyadda Rusiya-Amerika danışıqlarının ardından Trampın söylədiklərinin əsas məqamlarını təqdim edir:
Tramp ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyaddakı görüşünü “çox yaxşı” adlandırıb;
Tramp Ər-Riyad danışıqlarından sonra Ukraynadakı vəziyyəti nizamlamaq üçün razılığa gəlməyə “daha inamlı” olduğunu bildirib;
Ukraynanın mövqeyindən məyus olan ABŞ prezidenti bildirib ki, “onların danışıqlar masası arxasında oturmaq üçün üç il vaxtı var idi”;
Tramp bəyan edib ki, Ukraynadakı münaqişə bir neçə il əvvəl “hətta orta səviyyəli danışıqlar aparan şəxs tərəfindən də” ərazi itkiləri olmadan həll edilə bilərdi;
Tramp Ukraynada seçkilərin keçirilməsi ideyasını dəstəkləyib və Zelenskinin reytinqinin çpx aşağı olduğunu qeyd edib;
Rusiyanın Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinin 100%-ni “çox tez” məhv etməyə qadir olduğuna əminliyini ifadə ediv və vurğulayıb ki, Rusiya bunu etmək istəmir;
Ukraynaya avropalı qoşunların göndərilməsinin əleyhinə olmadığını, Ukrayna torpaqlarında heç bir Amerika əsgərinin olmayacağını bildirib;
Ukraynada sülhə nail olmaq üçün ABŞ-nin Avropadakı hərbi mövcudluğunu məhdudlaşdırmağa ehtiyac olmadığını vurğulayıb;
Fevralın sonuna qədər Putinlə görüşün mümkünlüyünü bildirib.
Poliqon.info