Papa Fransisk ikiqat pnevmoniyadan əziyyət çəkir. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında deyilir.
"18 fevral günortadan sonra aparılan döş qəfəsinin KT müayinəsi əlavə tibbi müalicə tələb edən ikitərəfli pnevmoniyanın başlanğıcını göstərdi", - məlumatda deyilir.
Orada bildirilir ki, 88 yaşlı papanın ümumi vəziyyəti stabildir, baxmayaraq ki, “ümumi klinik mənzərə mürəkkəb olaraq qalır”.
Əziz Mustafa, Oxuməni.az