AZ

Qəzzanın su təchizatı infrastrukturunun 80 faizdən çoxu məhv olub

Qəzzanın su təchizatı infrastrukturunun 80 faizdən çoxu məhv olub

Qəzza zolağında su və kanalizasiya sisteminin böyük hissəsi sıradan çıxıb. AFN.az xəbər verir ki, bu barədə "Oxfam" beynəlxalq xeyriyyə və humanitar təşkilatı məlumat yayıb.Təşkilat bildirir ki, 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsi kəskinləşəndən bəri İsrail qüvvələrinin anklavın müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 1675 km su təchizatı və kanalizasiya şəbəkəsi məhv edilib. "Qəzza zolağında bütün altı əsas təmizləyici qurğu daxil olmaqla, su və kanalizasiya infrastrukturunun 80%-dən çoxu məhv edilib. Kanalizasiya nasos stansiyaları və təchizat şəbəkələrinin 85%-i də məhv edilib", - deyə məlumatda qeyd edilib. Eyni zamanda atəşə məruz qalan bəzi ərazilərdə əhalinin 7%-dən çoxunun suya çıxışının olmadığı da məlumatda əksini tapıb.Təşkilatın bəyanatında qeyd olunub ki, anklavın şimalında İsrail əsgərləri demək olar ki, bütün su quyularını məhv ediblər. Qəzza zolağının cənubunda, xüsusən də Rəfah şəhərində vəziyyət də yaxşı deyil: “Quyuların 90%-dən çoxu qismən və ya tamamilə zədələnib, 35 su quyusundan yalnız 2-si işləyir və gündəlik çıxarılan suyun həcmi normanın 5%-ni keçmir”.

Seçilən
26
afn.az

1Mənbələr