AZ

HELP təlim kursunun açılışı keçirilib - FOTOLAR

“Mediasiya üçün ədalət mühakiməsinin keyfiyyətinin vacibliyi” mövzusunda HELP təlim kursunun açılış tədbiri keçirilib.

QHT.az xəbər verir ki, 18 fevral 2025-ci il tarixində Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində “Mediasiya üçün ədalət mühakiməsinin keyfiyyətinin vacibliyi” mövzusunda HELP təlim kursunun açılış tədbiri baş tutub. Layihə koordinatoru cənab Leonid Antohinin moderatorluğu ilə keçirilən açılış mərasimində Avropa Şurasının Bakıdakı ofisinin rəhbər müavini Aslıhan Özdemir, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov salamlama nitqi ilə çıxış edib.

Nadir Adilov ilk öncə kursda iştirak edəcək mediatorları salamlayıb. O bildirib ki, ilk dəfə Azərbaycan dilində və məhz mediatorlar üçün keçiriləcək kurs mediatorların peşə bacarıqlarının artırılmasında və mediator kimi ədalət mühakiməsinin mediasiya üçün əhəmiyyətinin öyrənilməsində ciddi rol oynayacaq. Daha sonra “Mediasiya üçün ədalət mühakiməsinin keyfiyyətinin vacibliyi” adlı HELP təlim kursunun təqdimatı keçirilib və HELP sertifikatlı mediasiya təlimçisi, Mediasiya Şurasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov tərəfindən kursun həyata keçirilməsinin praktiki aspektləri izah edilib.

Tədbir layihə üzrə məsul şəxs Vəfa Rövşənovanın tədbirin xülasəsi və yekun qeydlərlə bağlı çıxışı ilə sona çatıb.

Seçilən
21
qht.az

1Mənbələr