AZ

Məhkəmə Bakıda 170 minlik “İphone” “atan” şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Ramin Ağayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Ramin Ağayev iş üzrə zərərçəkmiş olan 6 tanışına özünü işgüzar şəxs kimi təqdim edib, onlara “İphone 14 pro max” markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb. O, 2023-cü ildə müxtəlif vaxtlarda zərərçəkmişlərin ümumilikdə 176 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağayev 4 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

 

Kamal Məmmədov

Tarix: 19 Fevral 2025, 09:14   
Seçilən
14
1
pravda.az

2Mənbələr