Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar yaxşı və müsbət siqnaldır.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
O, danışıqları müsbət qiymətləndirsə də, konkret nəsə deməyin tez olduğunu vurğulayıb:
“Vaxtından öncə heç bir nəticə çıxarmağa ehtiyac yoxdur".
Matviyenko söyləyib ki, qarşıda iki ölkənin mövqe və yanaşmalarının aydınlaşdırılması, daha sonra isə müxtəlif məsələlərin məqbul həlli yollarının tapılması istiqamətində gərgin iş var.
Qeyd edək ki, ötən gün ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyadda görüşü keçirilib və Rusiya-ABŞ danışıqları 4,5 saat davam edib.