AZ

Əhalinin bu il üçün nominal gəlirləri açıqlandı

Bu ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirlərində əvvəlki ilin yanvar ayı ilə müqayisədə artım müşahidə olunub. 

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında əhalinin nominal gəlirləri 6,2 faiz artaraq 5 milyard 967,8 milyon manat təşkil edib və ya hər nəfərə orta hesabla 583,6 manat olub. Əhalinin sərəncamında qalan gəlirləri 5 milyard 108,7 milyon manat təşkil edib. 

Qeyd edək ki, ötən ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri 5 milyard 618,8 milyon manat olub.

Sərvanə Rəmixanova

Seçilən
29
1
valyuta.az

2Mənbələr