Rusiyanın 26 fevral 2014-cü ildə Krımı işğal etdiyini, 2022-ci il fevralın 24-də isə bütün Ukraynaya qarşı genişmiqyaslı hücuma keçdiyini xatırladan beynəlxalq əlaqələr üzrə profosser Sezai Özçelik rusların qara təbliğat məqsədli proqramlar təşkil etmək üçün xüsusilə fevral ayına üstünlük verdiyini bildirib.
Hafta.az-ın yazdığına görə, Özçelik, “Putinin Rusiyasının Başbuğ Alparslan Türkeşin məzarının yanındakı bir dövlət universitetində tədbir keçirməsinin mütləq bir mesajı var. Trampın bu qədər tez təsir edəcəyini düşünmürdük. Hamı Trampla Putinin qatarındadır. Əlbəttə, burada belə bir hadisənin baş verməsi bizi kədərləndirir” deyib.
Professor Özçelik Ankara Hacı Bayram Vəli Universiteti (HBVÜ) Asiya Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi ilə “Rus Evi”nin birlikdə təşkil etdiyi simpoziumu kəskin tənqid edib. “Rus Evi”nin bir müddət əvvəl Azərbaycanda və Moldovada qadağan edildiyini xatırladan Özçelik, Avropada bu cür təbliğata icazə verilmədiyini, Rusiya mediasına, şəxslərə və qurumlara qadağa qoyulduğunu vurğulayıb.
Beynəlxalq münasibətlər eksperti soyqırımların bir-birindən fərqli olmadığını və Rusiyanın müxtəlif soyqırımlar törətdiyini bildirib, simpoziumda sözügedən bəyanatları pisləyib. Özçelik bildirib ki, İkinci Dünya Müharibəsində ukraynalılar və Krım tatarları kimi türk zadəganlarından çox sayda insan öldüyü halda, simpoziumda öldürülənlərin yalnız rusların olduğu qeyd edilib. Özçelik bir türk alimi kimi bu açıqlamalardan çox üzüldüyünü və təəssüf hissi ilə qınadığını vurğulayıb.
İlk iclasda Türkiyə və türklərin baxışlarının təqdim edilmədiyinə və "akademik" qiymətləndirmə aparıldığına diqqət çəkən Özçelik, moderator və bir natiqdən başqa çıxışçıların türk olmadığını, xüsusən də ilk olaraq rusların danışmağa məcbur edildiyini nəzərə çatdırıb.
Professor Özçelik deyib: “Burada danışılacaq ən mühüm şey İkinci Dünya Müharibəsində Ahıska türklərinin, qaraçayların və çeçenlərin, xüsusilə Krım tatarlarının soyqırımı və deportasiyasıdır. Bunlar heç müzakirə olunmur. Elmilikdən uzaq birtərəfli fəaliyyətdir. Bu, Putinin 2008-ci ildə Gürcüstana müdaxiləsindən sonra həyata keçirdiyi hibrid müharibənin bir hissəsidir. “Müharibələr təkcə döyüş meydanında deyil, ürəklərdə də qazanılır” deyirik və bunu qara təbliğatla etməyə çalışırlar”.