AZ

Tramp Putinlə görüşəcəyi vaxtı AÇIQLADI

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalından çıxış edib.

Modern.az xəbər verir ki, Trampın özü dünən axşam jurnalistlərin suallarını cavablandırarkən bunu təsdiqləyib. Hadisə Trampın Florida ştatında yerləşən Mar-a-Laqo malikanəsində baş verib.

ABŞ prezidentindən Putinlə görüşünün nə vaxt baş tutacağına aydınlıq gətirməsi istənilib.

“Yəqin ki, ayın sonunadək”, - Tramp cavab verib. Bu məsələ ilə bağlı o, əlavə şərh verməyib.

Rusiya liderinin köməkçisi Yuri Uşakov fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarının yekunlarına dair açıqlamasında Putinlə Tramp arasında görüş üçün konkret tarix hələ müəyyən edilmədiyini demişdi. Uşakov aydınlaşdırıb ki, görüşün gələn həftə baş tutması ehtimalı azdır.

Putin və Trampın danışıqları üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanı qeyd edilib.

Seçilən
45
3
modern.az

4Mənbələr