AZ

Ən yaxşı tiktokerlər mükafatlandırılıb

"TikTok Creator Awards 2024" - ilin ən yaxşı məzmun yaradıcısı müəyyən edilib. Qalibləri rəqəmsal platforma istifadəçiləri səsvermə ilə seçib.

Kulis.az xəbər verir ki, bu il altıncı dəfə keçirilən mükafat gecəsi "The Peninsula İstanbul" hotelində baş tutub. Tədbiri Anıl İlter aparıb, Berke Burak Susam isə qırmızı xalçada qonaqları qarşılayıb.

Tədbirdə Aleyna Tilki, M Lisa və Big5 yarışmasının finalistləri çıxış edib.

Qaliblər

Təhsil - Texnologiya: Dilara Sarı – Elmi məzmunlar paylaşır, yanlış məlumatları düzəldir.

Əyləncə: Yağmur Emirze – Kino və maqazin dünyası ilə bağlı məzmunlar hazırlayır, faydalı məsləhətlər verir.

Komediya: Büşra Pelin Baynazoğlu – Gündəlik həyat və pop mədəniyyətlə bağlı skeçlər çəkir.

İdman & Fitnes: Emir Yazıcı – Futbol haqqında məzmunlar yaradır, müsahibələr edir, təcrübələrini paylaşır.

Seçilən
21
kulis.az

1Mənbələr