AZ

Narin Güranın qətlində yeni qərar – Əhali ayağa qalxdı - FOTO

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı aparılan istintaq tamamlanıb.31 şübhəli haqqında müxtəlif qərarlar verilib. Əsas diqqətçəkən məqamlardan biri isə qətldə təqsirli bilinən Səlim Güranın bəraət almasıdır.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Diyarbəkir Respublika Baş Prokurorluğunun araşdırması nəticəsində bəzi şübhəlilərin cinayət məsuliyyətinə cəlb olunmamasına qərar verilib. Avqust ayında itkin düşən və daha sonra cansız bədəni tapılan Narin Güranın qətlində adı hallanan 31 nəfərin bir qismi bəraət alıb.

İstintaqın gedişində Narin Güranın dayısı Səlim Gürana qarşı "azadlıqdan məhrum etmə" maddəsi ilə cinayət işi açılmışdı. Lakin prokurorluğun son qərarı ilə bu ittiham ləğv edilib. Məlum olub ki, ilkin saxlanılma zamanı Narin Güranın cəsədi hələ tapılmamışdı və bu səbəbdən "adam oğurluğu" ehtimalına əsasən həbs edilmişdi. Sonradan isə cinayətin bu maddə üzrə baş vermədiyi sübuta yetirilib.

İstintaq nəticəsində məhkəmə 8 yaşlı qızın ölümündə iştirak edən anası Yüksel, böyük qardaşı Enes və əmisi Səlim Güranı "uşağı qəsdən öldürmə" maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib. Həmçinin, cinayət sübutlarını məhv etməkdə təqsirli bilinən Nevzat Bəxtiyar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Diyarbəkir Baş Prokurorluğu Narinin atası Arif Güran da daxil olmaqla bir neçə şübhəliyə qarşı yetərli sübut olmadığı üçün cinayət işinə xitam verib. Həmçinin, şübhəlilərdən bəziləri azadlığa buraxılıb.

Prokurorluq bildirib ki, iş üzrə yeni sübutlar ortaya çıxarsa, istintaq yenidən açıla bilər.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
15
1
milli.az

2Mənbələr