AZ

“Cavanşir Məmmədovun vəfatından sonra toylara getmirəm”

Əməkdar artist Firuzə İbadova açıqlaması ilə gündəmə gəlib.

OLAY yazır ki, sənətkar qonaq olduğu “Qonaqcanlı” verilişində duet ortağı Əməkdar artist Cavanşir Məmmədovun vəfatından sonra toya getmədiyini açıqlayıb.

“1996-cı ildən Cavanşir Məmmədovla çalışırdıq. Onun vəfatının ili olacaq. O dünyasını dəyişəndən toya getmirəm”, - deyə İbadova vurğulayıb. 

Müxbirin “Cavanşir Məmmədovun ili tamam olandan sonra toya gedəcəksiniz” sualına F.İbadova “İnanmıram” cavabını verib.

Qeyd edək ki, C.Məmmədov ötən il 70 yaşında qəfil ürəktutmasından yaşadığı mənzilində dünyasını dəyişib.  

Seçilən
18
2
olay.az

3Mənbələr