Xalq artisti Eyyub Yaqubovun sosial şəbəkələrdə yayılan yeni görüntüsü izləyicilər arasında maraqla qarşılanıb.
Yenisabah.az xəbər verir ki, tanınmış müğənni paytaxt Bakıda keçirilən bir toy məclisində çıxış edib. Sənətçi məşhur "Dedim yox" mahnısını ifa edərkən, məclisdə iştirak edən çinli qonaqlarla səmimi şəkildə rəqs edib. Toyun əyləncəli ab-havası, Eyyub Yaqubovun enerjili ifası və qonaqların şən əhval-ruhiyyəsi tədbiri daha da yaddaqalan edib.
Sosial mediada paylaşılan görüntülərdə Eyyub Yaqubovun çinli qonaqlarla mehriban ünsiyyəti və onların rəqsdə ona qoşulması xüsusilə diqqət çəkib.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız