AZ

Azərbaycanda şəlalə DONDU

Ramramay şəlaləsi ecazkar mənzərə yaradıb

Bakıvaxtı.az xəbər verir ki, donan şəlalə Qax rayonunun İlisu kəndində yerləşir.

Həmin ərazidə temperaturun - 15 dərəcəyə qədər aşağı düşməsi hündürlüyü 75 metr olan şəlalənin təmamilə donmasına səbəb olub. Böyük bir buz kütləsinə çevrilən şəlalə ətrafda gözəl bir görüntü yaradıb.

Ramramay şəlaləsinə qədər olan məsafə İlisu kəndinin yuxarı baş hissəsindən 2 kilometrdir. Kənd sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, şəlaləyə "Uaz" və "Niva"markalı avtomobillərlə getmək mümkündür.

Qeyd edək ki, Ramramay şəlaləsi ildə 2 ay, əsasən yanvar və fevral aylarında, donaraq buz kütləsinə çevrilir. Şəlalə dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, Böyük Qafqaz Sıra Dağlarının cənub ətəyində yerləşir.

Seçilən
17
18
bakivaxti.az

10Mənbələr