AZ

İLK DƏFƏ - “Bank Respublika”dan sahibkarlara “Yaşıl Kredit”

Bakı. Trend:

Ölkəmizdə real sektorun inkişafına daim dəstək olan BankRespublika, innovativ yanaşmalarını davam etdirərək ilk dəfə olaraqsahibkarlar üçün “Yaşıl Kredit” məhsulunu təqdimedir.

Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişafBankının birgə layihəsi olan EU4Business-EBRD Kredit Xəttiçərçivəsində təklif olunan bu yeni maliyyə aləti ekoloji cəhətdəndavamlı layihələri dəstəkləmək və mikro, kiçik və orta bizneslərinenerji səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuşdur.

Kreditin maksimal müddəti – 5 il,maksimal məbləği – 3 milyon avro ekvivalentinəqədərdir (kreditlər manatla verilir).

“Yaşıl Kredit” sahibkarlara bir çox unikal üstünlüklərtəklif edir:

  • 15%-dək keşbek: Avropa İttifaqının dəstəyi iləkreditin əsas məbləğinin bir hissəsi geri qaytarılır. Bu, həmsahibkarlar üçün maliyyə yükünü azaldır, həm də investisiyanı dahasərfəli edir;
  • Sadə və sürətli prosedur: Minimum sənədtələbləri və sürətli icra ilə kreditlər qısa zamandatəsdiqlənir;
  • Enerji səmərəliliyi: Yeni texnologiyalar vəavadanlıqlar sayəsində əməliyyat xərcləri əhəmiyyətli dərəcədəazalır;
  • Ekoloji fayda: Daha təmiz texnologiyalarakeçid ətraf mühitin mühafizəsinə töhfə verir.

“Yaşıl Kredit”dən faydalanmaq istəyən sahibkarlar üçüntələblər:

  • Şirkətin azı 51%-i özəl mülkiyyətdə olmalıdır;
  • Sahibkarlar Azərbaycanda qeydiyyatdan keçmiş və qanunvericiliyəuyğun fəaliyyət göstərməlidir;
  • Şirkət tərəfdaş maliyyə qurumlarının tələblərinə uyğungəlməlidir;
  • Müəssisənin işçi sayı 250 nəfərdən az olmalıdır.

“Yaşıl Kredit” bir çox fərqli sahələrdə tətbiq ediləbilər:

  • Kənd təsərrüfatı: Heyvandarlıq, quşçuluq,bağçılıq, əkinçilik kimi ənənəvi sahələrdə müasir texnologiyalarıntətbiqi;
  • Qida istehsalı: Meyvə və tərəvəzin emalı vəsaxlanması, süd məhsulları, çay, qəhvə, pivə, şərab və çörəkistehsalına yönəlmiş layihələr;
  • Sənaye sektorları: Pambıq, parça, kauçuk,plastik, şüşə, mebel və digər sənaye məhsullarının istehsalı.

Yaşıl texnologiyalara investisiya edin və gələcəyə yaşıl birmiras qoyun!

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,linkedin,telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Seçilən
32
10
az.trend.az

10Mənbələr