ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Vladimir Zelenskinin dəfələrlə çağırış vərəqələrindən yayınması ilə bağlı məlumatlara diqqət çəkib.
X sosial şəbəkəsində o, irlandiyalı jurnalist Çay Bousun bu faktla bağlı yazdığı yazıya cavab olaraq iki nida işarəsi qoyub.
Bundan əvvəl Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko bildirib ki, Zelenski 4 dəfə hərbi komissarlığa göndərilən çağırışdan yayınıb, həmçinin Zelenskini korrupsiyada ittiham edib.
Bundan əlavə, Maskın Zelenskinin Ukraynada sülh istəmədiyi barədə bəyanatı dəstəklədiyi bildirilir.
DOĞRU.AZ