AZ

Tovuz şəhər stadionun ot örtüyü nə vaxt dəyişdiriləcək? - Açıqlama

Tovuz şəhər stadionunda süni ot örtüyünün dəyişdirilməsi məsələsi aktual olaraq qalır.

"Turan Tovuz" komandasının ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda süni ot örtüyünün gələn mövsüm təbii ot örtüyü ilə dəyişdirilməsi yubana bilər.

"Turan Tovuz" klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev "Operativ Media"nın bu mövzu ilə bağlı sorğusuna cavab verib.

"Daha əvvəl klub rəhbərliyinin də dediyi kimi, ot örtüyünün dəyişdirilməsi köməkçi meydançalar hazır olduqda mümkün olacaq. Klubumuzun 12 yaş qrupu üzrə komandaları var. 1 meydança tab gətirə bilməyəcəyinə görə mərhələli şəkildə dəyişdirilməsi nəzərdə tutulub".

Seçilən
8
operativmedia.az

1Mənbələr