Fevralın 17-də Kanadanın Toronto hava limanında “Delta Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Belə ki, təyyarə eniş edərkən çevrilib.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı 18 nəfər xəsarət alıb, ölən olmayıb.
İlkin yayılan məlumatda 8 nəfərin yaralandığı bildirilirdi. Qeyd edək ki, təyyarədə ümumilikdə 76 sərnişin və 4 ekipaj üzvü olub.
Bununla yanaşı, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anının, hava gəmisindən sərnişinlərin təxliyə edilməsinin, eləcə hadisədən sonrakı vəziyyətin görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik: