AZ

Qəzzanın yenidən qurulması üçün 53,2 milyard dollar tələb olunur

Bakı, TurkicWorld

Dünya Bankı, Avropa İttifaqı və BMT-nin birgə hazırladığı "Qəzza və Qərb Sahilində Aralıq Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi" adlı hesabat dərc olunub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, hesabat Fələstin iqtisadiyyatının bütün sektorlarında baş verən dağıntıları, itkiləri və yenidənqurma ehtiyaclarını təhlil edir.

Məlumata görə, Qəzzada 7 oktyabr 2023-cü ildən bəri davam edən qarşıdurma böyük insan tələfatına, sosial və iqtisadi infrastruktura ciddi ziyan vurub, dərin humanitar böhran yaradıb.

Hesabatda vurğulanıb ki, fiziki infrastrukturun məhv olması təxminən 29,9 milyard dollar dəyərində qiymətləndirilir.

Ümumi zərərin 53 faizi mənzil sektoruna, 20 faizi ticarət və sənayeyə, 15 faizi isə səhiyyə, su və nəqliyyat infrastrukturlarına aiddir. İqtisadi itkilər (məhsuldarlığın azalması, gəlir itkisi və əməliyyat xərcləri) 19,1 milyard dollar təşkil edir.

Ümumi iqtisadi təsirin 49 milyard dollara çatdığı qeyd edilir. Qəzzanın bərpası və yenidən qurulması üçün tələb olunan məbləğ 53,2 milyard dollar olaraq qiymətləndirilir.

Belə ki, Qəzzada iqtisadi fəaliyyət demək olar ki, tamamilə dayanıb.Bir il ərzində qiymətlər 300 faizdən çox artıb, ərzaq məhsullarının qiymətləri isə 450 faiz yüksəlib.

2024-cü ildə Qəzza iqtisadiyyatının 83 faiz azalacağı proqnozlaşdırılır. Qərb Sahili iqtisadiyyatının isə 16 faiz kiçiləcəyi gözlənilir.

Seçilən
9
turkic.world

1Mənbələr