Bakı,TurkicWorld
Kolombiya Prezidenti Gustavo Petro, narkotik kartellərinin ona sui-qəsd planları hazırladığını iddia edib.
TurkicWorld xəbər verir ki, paytaxt Boqotadakı General Fransisko de Paula Santander Hərb Məktəbində çıxış edən Petro, ölkədəki böyük mafiyalara qarşı apardıqları mübarizə səbəbindən hədəf alındığını bildirib.
"Narkotik qaçaqçıları iki raket alıb bir yerdə gizlədiblər. Onların kim olduğunu bilirik və bu səbəbdən hərəkətə keçmək məcburiyyətindəyik",- deyə o bildirib.
Prezident Petro, qeyd olunan sui-qəsd iddiaları ilə bağlı ətraflı məlumat verməyib.
"Məni tez bir zamanda devirmək istəyirlər, çünki Kolombiyadakı böyük mafiyaların izinə düşdüyümüzü bilirlər",- deyə prezident vurğulayıb.