AZ

Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransada idman yarışlarında hicab geyinmək qadağan olunub.
Oxu.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, qanun layihəsi Fransa parlamentinin yuxarı palatası olan Senatda təsdiqlənib.
Qanun layihəsi 210 lehinə, 81 əleyhinə səslə qəbul olunub.
Müzakirələr zamanı Lüksemburq sarayında bəzi senatorlar arasında gərginlik, fikir ayrılığı və mübahisələr yaşanıb.
Qeyd edək ki, Fransada Paris-2024 Yay Olimpiya Oyunlarının mükafatçılarının medallarında aşınma, yarış zamanı kütləvi zəhərlənmələr və idmançıların yerləşdirildiyi şəhərcikdə bir sıra problemlər aşkarlanmışdı.
Seçilən
27
11
oxu.az

10Mənbələr