AZ

3 boksçumuz beynəlxalq turnirin yarımfinalında

Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinal mərhələsinə yüksəlib.

İdman.biz xəbər verir ki, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda milli üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.

Komandamızın heyətində Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə gəlməyib və təmsilçimiz mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

İdman.biz

Seçilən
27
10
idman.biz

10Mənbələr