Hurriyyet.az xəbər verir ki, fevralın 19-na keçən gecə Rusiya ordusu Odessaya kütləvi PUA hücumu edib. Nəticədə 4 nəfər yaralanıb. Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının başçısı Oleq Kiper "Teleqram" kanalında məlumat verib: "4 nəfər zərər çəkib. Onlardan biri uşaqdır. Yaralıların hamısı xəstəxanaya göndərilib. Vəziyyətləri orta ağırdır".
Hücum nəticəsində mülki infrastrukturun, o cümlədən uşaq poliklinikasının, bağçanın, çoxmərtəbəli binaların pəncərələrinin və minik maşınlarının zədələndiyi bildirilir. Elektrik enerjisinin verilməsində və isitmə sistemlərinin işində fasilələr yaranıb.
Hürr Tərcüman