AZ

Britaniya vətəndaşları casusluq ittihamı ilə tutulub

Bu ilin yanvarında İranda saxlanılan Britaniya vətəndaşlarına qarşı casusluq ittihamı irəli sürülüb. 

Ölkə.Az xəbər verir ki, bu barədə İslam Respublikasının Məhkəmə-Hüquq Şurasından bildirib. 

“Bu şəxslər tədqiqat fəaliyyəti adı altında düşmən və Qərb ölkələrinin kəşfiyyat xidmətləri ilə əlaqəli gizli qurumlarla əməkdaşlıq ediblər”, - o qeyd edib.

Qeyd edilib ki, onlar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidməti tərəfindən cənub-şərqdəki Kirman əyalətində saxlanılıblar. 

Əyalət baş hakimi bildirib ki, Britaniya tərəfinin tələbi ilə Britaniyanın Tehrandakı səfiri Şorter ilə məhbuslar arasında görüş keçirilib.

Bundan əvvəl Britaniya vətəndaşlarının saxlanılması barədə krallığın Xarici İşlər Nazirliyi məlumat vermişdi. Bu fonda agentlik öz vətəndaşlarına İslam Respublikasına səfər edərkən həbs və ölüm cəzası riski ilə bağlı xəbərdarlıq edib.

Seçilən
8
olke.az

1Mənbələr