AZ

İndoneziyalı spiker: Növbəti illər Asiya əsrini reallaşdırmaq üçün həlledici dövr olacaq

Növbəti 25 il Asiya əsrini reallaşdırmaq, dinc bir Asiya yaratmaq üçün həlledici dövr olacaq.

“Report” xəbər verir ki, bunu İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani Asiya Parlament Assambleyasının (APA) fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, çoxqütblülük bütün ölkələr üçün daha həlledici fürsət verməlidir:

“Bu gün böyük qeyri-müəyyənlik dövrü yaşayırıq. Beynəlxalq münasibətlər sistemində ciddi məyusluqlara səbəb olan çətin dövrlə üzləşirik. Böyük güc rəqabəti, müharibələr, təbii fəlakətlər buna nümunə ola bilər. Çoxqütblülük bütün ölkələr üçün daha həlledici fürsət verməlidir. Amma eyni zamanda qeyri-sabitliyə də səbəb ola bilər”.

Puan Maharani vurğulayıb ki, parlament diplomatiyası ədalətli sülhün bərqərar olmasına töhfə verməlidir:

“Ukraynada və dünyanın digər yerlərində aparılan müharibələrin sonlanmasına töhfə verməli, Qəzzada insanlara hümanitar yardımın göstərilməsi üçün çalışmalıyıq. Asiya güclənərək indiki qeyri-müəyyənliyi dəf etməlidir”.

Seçilən
14
1
report.az

2Mənbələr