AZ

"Ümid edirik ki, qrupdan ikinci olaraq çıxarıq" - Basketbolçu DANIŞDI

"Biz artıq Kosovadayıq". Bunu SİA-ya Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev deyib.

O, DÇ 2027-nin seçmə mərhələsində Kosova və İrlandiya qarşı aparacaqları mübarizədən öncə danışıb.

Həmzəyev bildirib ki, hazırlıqların son hissəsini tamamlayırlar: "Artıq ayın 20-də oyuna çıxacayıq. Qrupdakı Kosovo və İrlandiyanın ikincilik şansı var. Bütün yekun sonuncu oyunlara qalıb. Əlimizdən gələni edəcəyik. Kosova ilə səfər matçımızın daha ağır keçəcəyini gözləyirik nəinki İrlandiya ilə ev oyunu. Ancaq imkansız heçnə yoxdu. Kosovaya evdə qalib gələ bilmişdik. Ümid edirik ki, burada da qalib gəlib, qrupdan ikinci olaraq çıxarıq".

Qeyd edək ki, millimiz fevralın 20-də Kosovaya, üç gün sonra isə İrlandiyaya qarşı mübarizə aparacaqlar.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
14
sia.az

1Mənbələr