Rusiya təhlükəsizlik kəmərlərinin başlıqlarını və qapaqlarını qadağan edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, Rusiya Dövlət Duması getdikcə populyarlaşan avtomobil aksesuarlarının sürücülər və sərnişinlər üçün təhlükəli olduğunu hesab edir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna aksesuarlara qadağa qoyan bəndin daxil edilməsi planlaşdırılır. Bundan əlavə, deputatlar təhlükəsizlik kəməri taxmadan avtomobil idarə etməyə görə cərimələri artırmaq niyyətindədirlər. Dövlət Duması təhlükəsizlik kəmərlərinin işini dəyişdirən, məhdudlaşdıran və ya simulyasiya edən, yaxud təhlükəsizlik kəməri bağlanmadığı halda avtomobildə siqnalın söndürülməsinə imkan verən qurğu və aksesuarların satışını qadağan etməyi planlaşdırır, - məlumatda qeyd olunub.
QAZİLER.AZ