2024-cü ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 milyard 335,8 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,1 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyard 295,5 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 87,5 %-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə real ifadədə 8,6 % artaraq 12 milyard 885,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyard 698,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ini təşkil edib.