Bakı. Trend:
Ötən il ərzində Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərindəyəri 8 milyard 335,8 milyon manat olub.
Trend bubarədə Bakı şəhər Statistika İdarəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə, realifadədə 9,1 faiz və ya 987,2 milyon manat çoxdur. Belə ki, 2023-cüildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7milyard 348,6 milyon manat təşkil edib.
Ötən il Bakıda hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyard 295,5milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumidəyərinin 87,5 faizini təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda əhaliyə göstərilənödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə real ifadədə8,6 faiz artaraq, 12 milyard 885,5 milyon manat olub. Hüquqişəxslər tərəfindən əhaliyə 9698,8 milyon manatlıq xidmət göstərilibki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.