AZ

Ötən il Bakıda ticarət dövriyyəsinin həcmi 38 milyard manata yaxınlaşıb

Bakı. Trend:

Ötən il Bakıda ticarət dövriyyəsinin həcmi 37 milyard 756,2milyon manat olub.

Trend bubarədə Bakı şəhər Statistika İdarəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 4,6 faiz vəya 2 milyard 183,3 milyon manat çoxdur. 2023-cü ildə Bakıda ticarətdövriyyəsinin həcmi 35 milyard 572,9 milyon manat idi.

Ötən il Bakıda ticarət şəbəkəsində satılan ərzaq məhsulları,içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 2,5faiz artaraq, 21 milyard 339,4 milyon manata, qeyri-ərzaqməhsullarının həcmi isə 8,6 faiz artaraq, 16 milyard 416,8 milyonmanata bərabər olub.

İstehlak məhsullarının 32,8 faizi hüquqi şəxs statuslumüəssisələrdə, 55,4 faizi fərdi sahibkarlara məxsus ticarətobyektlərində, 11,8 faizi isə paytaxtın əmtəə bazarlarındasatılıb.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda pərakəndə ticarətşəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən, 34,1milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illəmüqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, ocümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1faiz, qeyriərzaq malları üzrə 6,3 faiz artıb.

Məqalədə:
Seçilən
14
6
az.trend.az

10Mənbələr