AZ

Müştəri üstündə dava: “armaturu” götürüb…– ANBAAN VİDEO

Türkiyənin Ərzincan vilayətində iki ticarətçi arasında baş verən dava anbaan təhlükəsizlik kamerasına düşüb.

AzPost İHA-ya istinadla xəbər verir ki, hadisə Ərzincanın mərkəzində baş verib. Əldə edilən məlumata görə, küçədə iki mağaza sahibi arasında başlayan mübahisə təpik-yumruq davasına çevrilib. Mağaza müdirlərindən biri dəmir borunu götürərək digərinə hücum çəkib. Yaxınlıqdakı vətəndaşların müdaxiləsi ilə dava edənlər ayrılıb. Baş verənlərin hamısı anbaan təhlükəsizlik kamerasına düşüb.

Şahidlərin iddiasına görə mübahisəyə səbəb müştəri olub. Belə ki, eyni məhsul satan mağazaların birinə girən müştəriyə digər mağaza sahibi məhsulu daha ucuz qiymətə ondan almasını deyib. Nəticədə isə mağaza sahibləri arasında mübahisə başlayıb.

Hadisə zamanı ciddi xəsarət alan olmayıb. Polis dava baş verən məkana gəlib.

Videonu təqddim edirik:

Seçilən
11
azpost.info

1Mənbələr