AZ

Bu ilin mayında Düşənbədə buzlaqların mühazifəsi ilə bağlı beynəlxalq forum keçiriləcək

Bu ilin mayında Düşənbədə buzlaqların mühazifəsi ilə bağlı beynəlxalq forum keçiriləcək.

“Report” xəbər verir ki, bunu Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda Asiya Parlament Assambleyasının (APA) fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, qlobal ictimaiyyətin Tacikistanın su və iqlim problemlərinə cavab verməsi ölkənin bu sahədə rolunun nəticəsidir:

"Hazırda havaların kəskin isti keçməsi ətraf mühitə ciddi təsir göstərir. İqlim dəyişiklikləri Mərkəzi Asiyada su ehtiyatlarının 60 faizini təşkil edən Tacikistan buzlaqlarının bir hissəsinin əriməsinə gətirib çıxardı. Ona görə də buzlaqların qorunması üçün daha çox addımlara ehtiyac var. Biz Düşənbə forumunda Asiya dövlətlərinin aktiv iştirakını gözləyirik”.

Seçilən
15
report.az

1Mənbələr