AZ

"Mən yanğınsöndürən kimiyəm" - Tramp

ABŞ prezidenti Donald Tramp fevralda Rusiya lideri Vladimir Putinlə görüşəcəyini mümkün hesab edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsində jurnalistlərə məlumat verib.

Belə bir görüşün bu ay baş tutub-tutmayacağı ilə bağlı suala Tramp “Ola bilər” deyib.

O, həmçinin hakimiyyətə qayıtmazdan əvvəl dünyada baş vermiş böhranların həllini ABŞ prezidenti kimi fəaliyyətinin mühüm hissəsi adlandırıb: “Mən yanğınsöndürən kimiyəm. Mən bütün dünyada yanğınları söndürməliyəm".

Tramp həmçinin Moskva ilə Vaşinqton arasında Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlmiş danışıqlardan razı qaldığını bildirib.

Tramp danışıqları “çox yaxşı” adlandırıb və əlavə edib ki, indi münaqişənin həllinə nail ola biləcəyinə daha çox əmindir.

Seçilən
23
50
operativmm.az

10Mənbələr