AZ

Sement və sement klinkerlərinin istehsalında artım qeydə alınıb

Bu ilin yanvar ayında ölkədə 328,8 min ton sement və 347,8 min ton sement klinkerləri istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə sement istehsalı 30,7 faiz və ya 77,2 min ton, sement klinkerlərinin istehsalı isə 0,6 faiz və ya 2 min ton artıb.

Cari ilin fevral ayının 1-nə sement və sement klinkerləri üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 91,8 min ton və 379,1 min ton təşkil edib.

Seçilən
23
1
vergiler.az

2Mənbələr