AZ

“Azərreyl”in voleybolçusu növbəti çempionluq arzusunda

“Bu oyuna yaxşı hazırlaşmışdıq”.

İdman.biz xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Çarxlouei Mohammadhusseyn federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Hücumçu Azərbaycan Yüksək Liqasının XI turunda “Neftçi” üzərində 3:0 hesablı qələbəni şərh edib. O, oyunun maraqlı keçdiyini vurğulayıb: “Rəqib də yaxşı oynadı. Biz onları yaxşı analiz etmişdik, buna görə də necə mübarizə aparacaqlarını bilirdik. Növbəti oyuna da eyni əzmlə hazırlaşacağıq. İnanıram ki, komandamız həmin matçda da uğurlu nəticə əldə etməyi bacaracaq. Çünki biz keçən ilin çempionuyuq. Bu il də çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Azərreyl” 11 turdan sonra 22 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Onlar lideri “Murov Az Terminal”dan 2 xal geri qalırlar.

İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr