AZ

Dəyişkən hava şəraiti ilə bağlı FHN-dən MÜRACİƏT

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxıngünlər ərzində ölkə ərazisində kəskin və yağıntılı hava şəraitininmüşahidə olunacağı, temperaturun xeyli düşəcəyi, qar yağacağı,yağıntıların bir sıra yerlərdə intensiv olacağı, bəzi yolların buzbağlayacağı və ayrı-ayrı yerlərdə güclü külək əsəcəyiproqnozlaşdırılır. Qeyd olunanlarla əlaqədar Fövqəladə HallarNazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlikqaydalarına ciddi əməl etməyə çağırır.

Trendxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatyayıb.

Bildirilib ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrikqızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəbolduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelənasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz vəelektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın vəya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yaradabilər.

"Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmışqızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsihəddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcıcihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitəyaxınlığında yanar materiallar və asan alışan mayelərsaxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına(tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə dədağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti iləbağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havadamümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurətyarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədənməlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texnikigöstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaqehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və beləbir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici vəqadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunuehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi,günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyitövsiyə edirik.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!",- deyə müraciətdə qeydedilib.

Məqalədə:
Seçilən
22
13
az.trend.az

10Mənbələr