AZ

Şura Məclisinin sədri: Oman APA-ya üzv kimi dünyanı sülhə, əmin-amanlığa səsləyəcək

Oman Asiya Parlament Assambleyasına (APA) üzv olmaqla kifayətlənməyəcək, vahid səslə dünyanı sülhə, əmin-amanlığa çağıracaq.

“Report” xəbər verir ki, bunu Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali APA-nın Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

O qeyd edib ki, Fələstin xalqının qanunla müəyyənləşmiş hüquqlarına, BMT-nin onlarla bağlı qəbul etdiyi sənədlərin yerinə yetirilməsinə, fələstinlilərin öz iradələri ilə dövlət qurmalarına əngəllər, onların öz ərazilərindən çıxarılması sülhdənkənar addımlardır:

“Fələstin xalqının hüquqları üçün vahid mövqe ortaya qoymalıyıq. Fələstin xalqı Asiyanın ayrılmaz hissəsidir”.

Seçilən
39
1
report.az

2Mənbələr