Bu gün səhər saatlarında Krasnoyarskdan Norilskə uçan “NordStar Airlines” şirkətinə məxsus təyyarədə kabin təzyiqinə qulluq sistemində nasazlıq olması barədə həyəcan siqnalı işə düşüb.
Bizim.Media xəbər veri ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmin vaxt göyərtədə 8-i uşaq olmaqla, 156 sərnişin olub. Təyyarə Norilsk hava limanına eniş edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Hava gəmisinə texniki baxış keçirilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta