Bakış Trend:
Ötən il Bakıda sənayedə istehsal olunan malların və göstərilmişxidmətlərin həcmi 53,2 milyard manat təşkil edib.
Trend bubarədə Bakı şəhər Statistika İdarəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 2,9 milyardmanat, yaxud da 5,2% azdır. Belə ki, 2023-cü ildə Bakıda sənayedəistehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 56,1milyard manat idi.
Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 20,9 faizi emal, 2,3faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsivə emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faiz olub. İstehsalınümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterlixidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil edib.
İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılaragöndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2025-ci ilvəziyyətinə 342,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınanvə satış üçün nəzərdə tutulan 55,2 milyon manat məbləğində digərməhsullar da mövcud olub.