AZ

Xanım sürücünün maşınını təpiklədi– Güzgüsünü sındırdı – ANBAAN VİDEO

İstanbulun Başakşehir qəsəbəsində orta yaşlı kişi xanım sürücünün maşınına hücum edərək güzgüsünü sındırıb.

AzPost İHA-ya istinadla xəbər verir ki, iki sürücü yolda mübahisə edib və bir müddət sonra sürücülərdən biri digərinin yolunu kəsərək avtomobilə hücum edib. Avtomobilin kapotuna və şüşələrinə yumruq vuran kişi daha sonra güzgünü sındırıb.

Polis tərəfindən aparılan araşdırmalar zamanı şəxs saxlanılıb. Onun barəsində mülkiyyətə zərər vurma və hədə-qorxu gəlmə ittihamları irəli sürülüb.

Məhkəmənin qəraarı ilə şəxs həbs olunub. Baş verən hadisə xanım sürücü tərəfindən kameraya çəkilib. Videonu təqdim edirik.

 

 

Seçilən
35
azpost.info

1Mənbələr