AZ

1432 kq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr məhv edilib

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusiləkülli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin vəonların prekursorlarının məhv edilməsi üzrə komissiyanın üzvləri vəmedia nümayəndələrinin iştirakı ilə Naxçıvan şəhərində yerləşənxüsusi məkanda məhvetmə aksiyası həyata keçirilib.

Trendxəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələrİdarəsi məlumat yayıb.

Bildirilib ki, aksiya çərçivəsində Naxçıvan Muxtar RespublikasıBaş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarətivə əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədəngötürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 55cinayət işi üzrə ümumilikdə 1432 kq müxtəlif növ narkotik vasitələrvə psixotrop maddələr yandırılaraq məhv edilib.

Bu narkotiklərin 70%-i daha təhlükəli narkotiklər - 1001 kq 6qramı heroin, 15,4 %-i, yəni 222 kq 540,832 qramı metamfetaminolub. Bundan əlavə, 180 kq 882,748 qram tiryək və digər maddələr dəməhv edilib.

Onu da qeyd edək ki, gömrük orqanları tərəfindən qanunsuzdövriyyədən götürülərək məhv edilən narkotiklərin 98%-i, yəni 54fakt üzrə 1431 kq 960 qramı cənub sərhədlərindən Azərbaycanərazisinə daxil olmaqla tranzit yolla Avropa ölkələrinəçatdırılması üçün nəzərdə tutulurdu.

1432
1432
Məqalədə:
Seçilən
51
7
az.trend.az

8Mənbələr