Misirin cənubundakı Luksor şəhərində 18-ci firon sülaləsinə məzar aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə Misir Turizm və Qədim Əsərlər Nazirliyi açıqlama verib.
Qədim Əsərlər Ali Şurası ilə Yeni Dövlət Araşdırma Təşkilatının müştərək arxeoloji missiyası sayəsində 3500 il əvvələ aid olan Kral II Tutmosun məzarının üzə çıxarılmasına nail olunduğu bildirilib.
Qeyd olunub ki, bu, Misirdə 18-ci sülalə fironlarının tapılmayan sonuncu məzarıdır.