AZ

APA ən hörmətli beynəlxalq parlament təşkilatıdır

APA ən hörmətli beynəlxalq parlament təşkilatlarından biridir. Belarus Respublikası APA-ya üzv dövlətlərlə uzun müddətdir ki, yaxşı münasibətlərə malikdir.

Modern.az xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə Asiya ParlamentAssambleyasının 15-ci plenar sessiyasında Belarus Milli Assambleya Respublika Şurasının sədri Natalya Koçanova bildirib.

“Belarus Respublikası çoxvektorlu xarici siyasət aparan, sülhsevən dövlətdir. Biz sülh, dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf prinsiplərinə riayət edirik.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun da dediyi kimi, ölkələrlə qarşılıqlı fəaliyyətimiz sistemli və bərabər əsasda aparılır. Müasir dünyada çoxqütblü dünya ola bilsin ki, bizi bütün problemlərdən xilas etməyəcək, amma dünyada balansın yaradılmasına və dövlətlərin suveren hüquqların təmin olunmasına kömək edəcək.

Biz bilirik ki, 21-ci əsrdə yeni dünya qurmaq çox vacibdir. Bizim ölkələmiz indiki və gələcək nəsillər üçün yeni strategiya işləyib hazırlamalıyıq ki, kənardan ölkələrin daxili işlərinə qarışmaq mümkün olmasın. Bu nöqteyi-nəzərdən Belarus səyləri birləşdirməyə çalışır ki, dövlətlər öz vacib kampaniyaları müstəqil keçirə bilsin. Buna seçkiləri misal göstərmək olar. Bu il Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi qeyd olunacaq. Buna Belarus xüsusi önəm verir. Çox vacibdir ki, tarixi yaddaşımız belə faciəvi hadisələrlə bağlı saxlanılsın. Belarusun APA-ya müşahidəçi qismində daxil olmasına göstərilən dəstəyə görə təşəkkür edirik”.

Seçilən
41
modern.az

1Mənbələr