AZ

Türkiyəli deputat: Azərbaycan və Ermənistan arasında sülh regional əməkdaşlığa böyük töhfə verər

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması regional əməkdaşlığın güclənməsinə böyük töhfə verər.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Abdulkadir Emin Önen Asiya Parlament Assambleyasının (APA) Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyada danışıb.

O qeyd edib ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam etmiş ədalətsiz işğaldan azad olunması yalnız Azərbaycan üçün yox, həm də region üçün böyük addımdır.

“Bu gün çoxtərəfli əməkdaşlıq ölkələrin qlobal arenada inkişafına böyük töhfə verə bilər. Ancaq ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafı da mühüm məsələdir. Parlamentlər bu əlaqələrin inkişafında mühüm rol oynayırlar”, - türkiyəli deputat əlavə edib.

Seçilən
33
report.az

1Mənbələr